Linux nüvəsində Rust proqramlaşdırma dili ilə bağlı böhran
11-02-2025, 23:25
Materialı dəyərləndirmək, məqalə yaratmaq və ya şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin
Daxil olLinux nüvəsinin kod bazasına, fevralın əvvəlində təqdim ediləcək 6.19 buraxılışında yer alacaq mühüm bir yenilik əlavə olunub — Google tərəfindən hazırlanmış LUO (Live Update Orchestrator) alt sistemi. Bu alt sistem fiziki reboot olmadan nüvənin Live rejimdə tam şəkildə yenilənməsinə imkan verir.
LUO, Linux 6.16-da əlavə edilmiş KHO (Kexec HandOver) mexanizminə əsaslanır. KHO-nun funksionallığı ondan ibarətdir ki, sistemin vəziyyəti itirilmədən işləyən kernel içindən yeni kernel işə salına bilsin.
Luo nədir?
Live Update Orchestrator işləyən sistemi dayandırmadan nüvəni tam şəkildə yeniləməyə və “reboot etməyə” imkan verir — lakin:
proseslər dayanmır;
cihazların vəziyyəti itmir;
yaddaşın (RAM) vəziyyəti qorunur;
DMA əməliyyatları kəsilmir;
interrupt (kəsilmə) emalı fasilə vermir.
LUO bunu belə edir:
Köhnə kernel işləyən zaman bütün cihazların və RAM-ın vəziyyətini saxlayır.
Yeni kernelə keçid edilir.
Yeni kernel işə düşəndən sonra əvvəlki vəziyyət tam şəkildə bərpa olunur, sanki reboot baş verməmiş kimi.
Bu xidmətlərin, tətbiqlərin və virtual maşınların heç bir qırılma və gecikmə olmadan işləməsini təmin edir.
Yeni xüsusiyyət: memfd fayl deskriptorlarının saxlanması
LUO-nun yeni patch seriyası xüsusi olaraq memfd fayl deskriptorlarının vəziyyətini qorumağı mümkün edir. Bu xüsusiyyət, məsələn:
virtual maşınların RAM məzmununun
digər kritik yaddaş strukturlarının
kernelin yenilənməsi zamanı itməməsinə imkan verir.
Bu, xüsusilə KVM əsaslı virtualizasiya serverləri üçün kritikdir.
Əsas istifadə sahələri
Google-un qeyd etdiyinə görə LUO əsasən:
üçün nəzərdə tutulub.
Google artıq öz serverlərində bu texnologiyadan istifadə edir.
11-02-2025, 23:25
5-12-2025, 16:19
12-08-2025, 14:16
Şərh yoxdur