vkmark 2025.01

Yeddi il fasilədən sonra, yanvar ayının 23-də Vulkan performansını ölçmək üçün yardım proqramı olan vkmark 2025.01 utiliti işıq üzü gördü. Utilit C++ dilində yazılıb və GNU LGPL 2.1 lisenziyası altında paylanır. GitHub-da dəyişikliklərin qeydlərinə buradan baxa bilərsiniz.

MiniOS 4.1 üç redaksiyada buraxılıb: Standard, Toolbox və Ultra

31 yanvar 2025-ci ildə MiniOS portativ əməliyyat sisteninin yeni - 4.1.0 versiyası buraxılıb. Əvvəlki versiyadan cəmi iki ay sonra buraxılan yeniləmə bir sıra əhəmiyyətli dəyişiklikləri ehtiva edir və üç nəşrdə təqdim olunur: Standard, Toolbox və Ultra. MiniOS Debian əsasında yaradılıb. Bütün dəyişiklər layihənin repozitoriyasında əks olunub.

Numbat 1.16.0 — elmi konsol kalkulyatoru

Bir aylıq tərtibatdan sonra Rust dilində yazılmış və MIT və/və ya Apache 2.0 lisenziyası ilə paylanan yüksək dəqiqlikli elmi konsol kalkulyatoru Numbatın 1.16.0 versiyası buraxıldı. Numbatın fərqli xüsusiyyətləri: fiziki ölçülər və ölçü vahidləri üçün tam dəstək; statik yazma ilə sadə daxili dil; funksiya adlarının, ölçü vahidlərinin və dəyişənlərin avtomatik tamamlanması; giriş tarixi ilə

Wine 10.0

Bir illik inkişafdan və 29 önizləmə versiyasından sonra açıq mənbəli Win32 API tətbiqi layihəsinin stabil versiyası - Wine 10.0 buraxıldı. Yeni versiyaya 6000-dən çox dəyişiklik edilib. Əsas yeniliklərə ARM64EC arxitekturasına tam dəstək, yüksək sıxlıqlı displeylərdə təkmilləşdirilmiş performans, varsayılan olaraq aktivləşdirilmiş Wayland drayveri, ekranı və coystiki fərdiləşdirmək üçün yeni

Apache 2.4.63

Apache HTTP Serverinin yeni 2.4.63 versiyası buraxıldı Ən vacib dəyişikliklər: mod_ssl: OpenSSL-i işə salarkən səhvlərin idarə edilməsində təkmilləşdirmə işləri aparılıb. Əgər OpenSSL-in işə salınması uğursuz olarsa, server indi inisializasiyanı düzgün şəkildə dayandırır. Bu serverin etibarlı şəkildə işə salınmasını təmin etmək üçün vacibdir. mod_md (yenilənmə): ACME sertifikatlarının idarə