2 ildən çox vaxt ərzində tərtib edilən pulsuz real-vaxt strategiya oyununun yeni versiyası 0 A.D: Alpha 27 "Agni" işıq üzü gördü. Bu, oyunun "alfa" statusuna malik olan son versiyasıdır: növbəti versiya "Release 28" olacaq.
Yeniliklər:
- Vulkanda renderer.
- Multiplayer oyunları yaddaşda saxlamaq imkanı.
- Oyun yüklənərkən görünən məsləhət və tövsiyələr indi əsas menyudan əldə edilə bilər.
- Gəmi və su döyüşlərinin yenidən işlənməsi.
- gəmilərin bir-birinə çırpılması;
- mühasirə silahlarına malik gəmilər;
- əsgərlərin gəmiyə yerləşdirilməsi onların atəş gücünü daha artırmır.
- Yeni xəritələr;
- GPU vasitəsilə modellərin skinninqi.
- Model və toxumalarda çoxsaylı təkmilləşdirmələr.
- Romalılar, Spartalılar, Afinalılar və Makedoniyalılar üçün yeni unikal xüsusiyyətlər. Məsələn makedoniyalılar artıq kiçik bir şəhər mərhələsində olarkən arsenal qura bilərlər.
- Artıq düşmən binalarına sağ düymə ilə kliklədikdə, onların ələ keçilməsi deyil, hücumu baş verir.
- Balansda bəzi dəyişikliklər baş verib:
- Yaxın məsafədə döyüşlən əsgərlər daha çox ziyan vurur, ancaq onların müdafiə qabiliyyəti daha azdır;
- Uzaq məsadəfə döyüşən əsgərlər daha az zərər vurur;
- yeni fazalar üçün verilən ərazi artımı azalıb ancaq bununla belə yeni mərkəzlərin tikintisi daha ucuz başa gəlir;
- divar-istehkamlarda iki dəfə çox əsgər yerləşdirmək mümkündür;
- Mühasirə silahları artıq daha az hazırlıq vaxtı tələb edir, lakin katapultların radiusu, "bolt shooter"-lərin isə sürəti azaldılıb.
Şərh yoxdur